Siyasət

26 İyul

Altı ayda 157,1 min ton neft koksu ixrac olunub

Cari ilin yanvar-iyun aylarında ölkədən 157,1 min ton neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 45 milyon 445,4 min ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 70 min tona yaxın və ya 13 milyon 171,8 min dollar dəyərində neft koksu ixrac edilib.