Siyasət

19 İyul

Dövlət Neft Fondunun Amerikada olan investisiyaları 1.2 mlrd. dollar artıb

2023-cü il iyunun 30-na Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 54 milyard 914,25 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, ümumi investisiya portfelinin 60.1%-ni istiqraz və pul bazarı alətləri ( 33 mlrd. dollar), 22.9%-ni səhmlər (12 mlrd. 575.3 mln dollar), 5.5%-ni daşınmaz əmlak (3 mlrd. dollar) 11.5%-ni isə qızıl (6.31 mlrd. dollar) təşkil edir.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə investisiya portfelinin 37.1%-i Şimali Amerika, 28.1%-i Avropa, 15.2% Asiya, 0.3% Yaxın Şərq, 0.6%-i Avtraliya, 0.1%-i isə Cənubi Amerika regionunda cəmləşib.

Xatırladaq ki, cari ilin birinci rübü ilə müqayisədə Şimali Amerikada olan investisiyalar 1.3 faiz bəndi, Asiyada olan investisiyalar 0.1 faiz bəndi artıb, Avropada olan investisiyalar isə 0.6 faiz bəndi azalıb.

Əlavə edək ki, hesabat dövründə Şimali Amerikada olan investisiyalar 1 mlrd. 242.6 milyon dollar artıb, Avropada olan investisiyalar isə 94.4 milyon dollar azalıb.