Siyasət

10 İyul

Türk müdafiə sənayesi şirkəti 153,343 min dollara simulyator alıb

Türkiyənin müdafiə sənayesi şirkəti olan “SDT Space Defense Technologies” tərəfindən Cey Müdafiə və Simulyasiya Sistemləri satın alınıb.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərb oyunu simulyasiyaları ilə gündəmə gələn və bu yaxınlarda ictimaiyyətə təqdim edilən Cey Müdafiə və Simulyasiya Sistemləri satılıb.

Türk müdafiə sənayesinin qlobal güclərindən olan SDT simulyasiya sahəsində fəaliyyət göstərən Cey Defence-ni 4 milyon (153,343 min dollar) TL-yə alıb. Şirkətin bütün səhmləri SDT-yə verilib.

Fuad Mədətov
Fins.az