Siyasət

06 İyul

Türkiyə Ticarət Palata və Birjaları Birliyinin hesabatı: sənaye gücü 23% azalıb

Türkiyə Ticarət Palata və Birjaları Birliyi (TOBB) tərəfindən iyun ayı sənaye gücü hesabatı məlumatlarını açıqlayıb.

Fins.az TOBB-un yayımladığı məlumata əsasən xəbər verir ki, iyun ayında təsdiqlənən sənaye gücü hesabatlarının sayı illik bazda 23,3% azalaraq 3 min 751-ə düşüb.

Ən yüksək göstərici 5 il ərzində ilk sırada İstanbul (1011) şəhəri yer alıb. Ardınca Ankara (260), İzmir (245), Bursa (203) və Konya (177) şəhərləri olub. 2022-ci ilin iyun ayında 92 min 332 olan TOBB Sənaye Məlumat Bazasındakı aktiv tutum hesabatlarının ümumi sayı keçən ay 4,4% artaraq 96 min 374-ə yüksəlib.

Ümumi işçilərin sayı isə eyni dövrdə 4,2% artımla 3 milyon 925 min 552 nəfər olaraq hesablanıb.

Fuad Mədətov
Fins.az