Siyasət

06 İyul

OPEC 4 ölkə ilə danışıqlar aparır

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysham əl-Qays OPEC-ə üzv olmaq üçün 4 ölkə ilə danışıqlar apardığlarını bildirib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda Azərbaycan, Malayziya, Bruney və Meksika ilə OPEC qrupuna üzv olmaq üçün danışıqlar apardıqlarını bildirən Heysham əl-Qays, bunun OPEc-ə güc qatacağını bildirib.

Məsləhətləşmələrin aparıldığı 4 ölkənin 2017-ci ildən bəri OPEC ilə həmrəy olduğunu söyləyən Qays, bütün bu ölkələrin ümumi məqsədinin “neft bazarlarını sabitləşdirmək” olduğuna diqqət çəkib.

Qeyd edək ki, OPEC hazırda 13 üzv ölkədən ibarətdir və onların arasında ən böyük hasilatçı sutkada 11 milyon barel hasilat gücü ilə Səudiyyə Ərəbistanıdır.

Zəminə Hüseyn
Fins.az