“Dünya Enerjisinin Statistik Qiymətləndirilməsi” hesabatı bu il Energetika İnstitutu tərəfindən beynəlxalq konsaltinq şirkətləri Kearney və KPMG ilə birgə nəşr edilib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabata görə, ötən il günəş enerjisi istehsalı 25 %, küləkdən enerji istehsalı isə 13 % artıb.
Bərpa olunan enerjinin payı artmaqda davam edir.
Beynəlxalq təbii qazın qiyməti Avropada 3 dəfə, Asiyada 2 dəfə artıb.
Qlobal əsas enerji istehlakı ötən il 1 % artıb. Beləliklə, qlobal istehlak Koviddən əvvəlki dövrdən 3 faiz yuxarı qalxdı.
Zəminə Hüseyn
Fins.az