Siyasət

03 İyul

Dövlət Neft Fondu valyuta satışı ilə bağlı məbləği açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin iyun ayı ərzində valyuta hərraclarında 78,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

ARDNF-dən Fins.az-a verilən məlumata görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə və ya 199.2 milyon manat azdır.

Qeyd edək ki, 2022-ci ilin iyun ayı ərzində valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən 278,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fuad Mədətov
Fins.az