Siyasət

21 İyun

Rusiya neft hasilatını niyə azaltmır?

Ukrayna ilə müharibədən sonra Qərbin neft embarqosu ilə üzləşən, “qara qızıl”ı bu ilin yanvar-fevral aylarında 48 dollara satmağa məcbur olan Rusiya martdan etibarən gündəlik hasilatı 500 min barel azaldacağını bildirib. Bununla bərabər, rəsmi Moskva həmin vaxtdan başlayaraq, həm də hasilat göstəricilərini açıqlamayıb.

Onu da qeyd edək ki, elə Rusiyanın təklifi ilə OPEK razılaşmasının digər üzvləri– Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, həmçinin digər ölkələr tərəfindən də gündəlik hasilatın 1, milyon barel azaldılacağı elan edilib. Lakin tərəfdaşları hasilatı və ona uyğun ixracı azaltdığı təqdirdə, Rusiya hasilatı elan etdiyinin yarısı qədər aşağı salıb.

Rusiyanın neft satışını izləyən beynəlxalq şirkətlər sonrakı aylarda azalmanın olmadığını müəyyənləşdiriblər. “Refinitiv Oil Research” beynəlxalq şirkətin məlumatına əsasən, may ayında Rusiyanın Çinə boru kəməri və dənizlə neft çatdırılması gündəlik 2 milyon barelə qədər artıb. Apreldə isə bu göstərici 1, milyon barel təşkil edib. Hindistana ixrac isə apreldəki gündəlik 1,8 milyon bareldən mayda 1, milyon barelə çatıb. Beləliklə, Rusiya may ayında da Çinə neft satışında OPEK razılaşması çərçivəsində Səudiyyə Ərəbistanını geridə qoyub. Sonuncu ölkənin Çinə neft satışı apreldəki gündəlik 2,0 milyon bareldən mayda 1, milyon barelə düşüb.

Beynəlxalq Enerji Agentliyi də məlumatlarında Rusiyanın hasilatı azaltmaq öhdəliyinə əməl etmədiyini bildirib. Təşkilatın hesabatında bu ilin aprelində Rusiyanın gündəlik neft və neft məhsulları ixracının Ukrayna müharibəsinin başlandığı vaxtdan indiyədək ən yüksək səviyyəyə–8, milyon barelə çatdığını vurğulayıb.

Hələ bir il bundan əvvəl OPEC-in Baş katibi Məhəmməd Barkindo OPEC Texniki Komitəsinin iclasında bildirmişdi ki, Rusiya sutkada  milyon barel həcmində neft və neft məhsulları ixrac edir, dünyada bu həcmləri əvəz etmək üçün isə sərbəst güclər yoxdur. Baş katib daha sonra vurğulamışdı ki, sutkada həmin göstəricidən çox həcmdə olan Rusiya neftinin və neft məhsullarının ixracı başqa yerdən “götürülə bilməz”, sərbəst güclər sadəcə “gözə dəymir”. Sanksiyalara görə, onun potensial itkisini və ya könüllü şəkildə qoyulan məhdudiyyətləri enerji bazarının mütləq “hiss edəcəyi” gözlənilir. M.Barkindo, həmçinin bildirmişdi ki, Rusiya və Ukrayna arasındakı müharibə pandemiya ilə bağlı qlobal bazardakı qeyri-müəyyənlikləri getdikcə gücləndirir.

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Belə ki, Rusiya–Ukrayna müharibəsindən hələ bir neçə il əvvəl OPEC ölkələri tərəfindən neft hasilatının azaldılması ABŞ üçün əlverişli mövqe yaratsa da, bu vəziyyət Rusiyanın neft sənayesinin inkişafı üçün strateji təhlükəyə gətirib çıxarmışdı. O zaman “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubda ölkə neftinin dünya bazarındakı payının 10-ci ildəki 1, faizdən 2018-ci ildə 12 faizədək azaldığını qeyd edərək, istehlakçıların Rusiya neftindən digərlərinə yönəldildiklərini və bunun Rusiya şirkətlərinin bazar payının geri qaytarılmayacaq dərəcədə azalmasına səbəb ola biləcəyini bildirmişdi.

Onu da qeyd edək ki, OPEC üzv ölkələrin 202-cü ildən hasilatı sutkada daha 1, milyon barel azaltmaq qərarından sonra dünya bazarında neftin qiyməti artır.

“Kommersant” nəşrinin son məlumatlarına əsasən, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:0-ə 1,18 faiz artaraq ,0 dollarbarel, “est Texas ntermediate” markalı neftin iyul fyuçersləri 1,1 faiz bahalaşaraq 2, dollarbarel təşkil edib.

Bu il iyunun -də OPEC rəsmi olaraq elan edib ki, OPEC 202-cü ildən etibarən ümumi neft hasilatını gündəlik 0, milyon barelə uyğunlaşdırmağa razılaşıb. Müqavilənin özü 202-ci ilə qədər uzadılıb.

Rusiyanın rəsmi kvotası sutkada 0 min barel azalaraq ,8 milyon barelə enəcək. Nəticədə gələn il Rusiya Federasiyasında real hasilat 2022-ci ildəki təqribən , milyon barelə qarşı sutkada , milyon barelə qədər azalmalıdır.

Yeri gəlmişkən, Rusiya artıq mart ayından etibarən neft hasilatını sutkada 00 min barel azaldacağını bildirib. Son həftələrdə isə Rusiyanın xam neft ixracı məlumatları heç bir ixtisarı əks etdirmir. OPEC müttəfiqləri tərəfindən onun bu uyğunsuzluğundan getdikcə daha çox məyus olduqları bildirilir.

Rusiyanın dəniz yolu ilə xam neft ixracı yüksək qalmaqda davam edir. Son vaxtların orta göstəriciləri isə daşınmaların artdığını göstərir.

Xatırladaq ki, Rusiya xam neft tədarükləri 2022-ci ilin sonundakı səviyyədən sutkada 1, milyon barel çoxdur. Ekspertlər bildirirlər ki, bu, Almaniya və Polşanın boru kəməri ilə Rusiya xam neftinin idxalını dayandırması və ya neft emalı zavodunun məhsuldarlığının aşağı olması ilə əlaqədar ola bilər.

Az bir müddət bundan əvvəl OPEC istehsalçıları cari ixtisarı 202-cü ilin sonuna qədər saxlamaq qərarına gəliblər. OPEC təşkilatının ən böyük istehsalçısı və dünyanın ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanı isə gələn ay hasilatı könüllü olaraq sutkada 1 milyon barel azaldıb.

Bununla belə, son həftələrdə Rusiya xam neftinin ixracı ilə bağlı məlumatlar heç bir azalmanı əks etdirmir, əksinə, Rusiyanın dəniz yolu ilə xam neft ixracı artmaqdadır.

Onu da qeyd edək ki, yuxarıda vurğulandığı kimi, Rusiya neft hasilatının səviyyəsi barədə hesabat verməyi artıq dayandırıb. Bazar və analitiklər Rusiya tədarükünün miqdarı ilə bağlı Çin və Hindistandakı gəmilərin izlənməsi məlumatlarına, ticarət mənbələrinə və idxal statistikasına etibar etməli olurlar. “Xalq qəzeti”