Siyasət

20 İyun

Azərbaycan neftinin qiyməti yenidən 79 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 0,71% artaraq, 79,14 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.