Siyasət

16 İyun

Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 6% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 14 711,7 milyon kubmetr təbii qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur.

Yanvar-aprel aylarında nəqletmənin 49,9%-i Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 7 346,4 milyon kubmetr "mavi yanacaq" ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 8,3% çoxdur.