Siyasət

13 İyun

"Şahdəniz" qazının ixracı 9%-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 896,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, qaz nəqlinin 51,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 9 229,3 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,7%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 216,9 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,7% çoxdur. Qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,08%-lik artım).