Siyasət

12 İyun

Mərkəzi Bankın sədri: Bu gün uçot dərəcəsinin effektivliyi qeyri-qənaətbəxşdir

“Artıq banklararası faizlər birbaşa uçot dərəcəsinə təsir göstərir. Bu, bizim üçün çox müsbət göstəricidir. Banklararası faizin artıq aylıq yox, həftəlik olması əsas hədəfimizdir”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bu, bir prosesdir: “Uçot dərəcəsinin işlənməsi 1 aylıq olacaq, proses deyil. Bu gün uçot dərəcəsinin effektivliyi səmimi deyim ki, qeyri-qənaətbəxşdir. Amma zamanla bu effektivlik artacaq. Burada bazar iştirakçılarının davranışından çox şey asılıdır. Kredit və depozit faizləri proses aktivləşəndən sonra endiriləcək. Buna zaman lazımdır və bununla bağlı biz ictimaiyyətə dolğun məlumat verəcəyik”.