Siyasət

02 İyun

Azərbaycanda çıxarıla bilən qaz ehtiyyatları 6,25 trln. kubmetr səviyyəsindədir

Azərbaycan Respublikası üzrə dəqiqləşdirilmiş çıxarıla bilən və proqnoz karbohidrogen ehtiyyatları 8,43 mlrd. ton miqdarında (neft ekvivalentində) qiymətləndirilir.

Bu barədə Fins.az SOCAR-ın "Caspian OilGas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan üzrə dəqiqləşdirilmiş çıxarıla bilən və proqnoz neft ehtiyyatları 2,54 mlrd. ton təşkil edir.

Qeyd olunur ki, respublika üzrə dəqiqləşdirilmiş çıxarıla bilən və proqnoz qaz ehtiyyatları 6,25 trln. kubmetr səviyyəsindədir.