Siyasət

19 May

İtaliya 2 milyard dollarlıq Azərbaycan nefti alıb

Azərbaycan bu ilin yanvar-aprel aylarında İtaliyaya 2,1 milyard dollar dəyərində 3,3 milyon ton neft ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,7% azdır.

İtaliyaya neft ixracının həcmi isə illik müqayisədə 23,1% azalıb.

Əlavə edək ki, hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır