Siyasət

19 May

Azərbaycanda sənaye istehsalı 2%-dən çox artıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 2,4% azalaraq 24,3 milyard manat təşkil edibdir.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektorunda məhsul istehsalı 3,3% azalıb, qeyri neft-qaz sektorunda isə 6,1% artıbdır.

Sənaye məhsulunun 71,1%-i mədənçıxarma, 23,6%-I emal, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunubdur. Sənayedə qeyri-dövlət sektorunun payı 86% olubdur.