Siyasət

18 May

BTC kəməri ilə neftin nəqli 7%-dək artıb

Bu ilin yanvar-aprel aylarında magistral neft kəmərləri ilə 12 833,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,5% çoxdur.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, nəqletmənin 76,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 9 802,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,86% çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 8 315,8 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2%-i və ya 1 486,6 min tonunu (5,62% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.