Siyasət

17 May

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,23% azalaraq, 1 barelə görə 74,74 dollar təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,28% azalaraq, 70,66 dollara bərabər olub.