Siyasət

16 May

Qlobal neft tələbatı üzrə proqnoz yüksəlib

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib.

Fins.az Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il ortalama gündəlik qlobal neft tələbatı 2,2 mln. barel artacaq, bu da öncəki proqnoz göstəricisindən 200 min barel çoxdur.

Agentliyin proqnozuna görə, 2023-cü ildə ortalama gündəlik qlobal neft tələbatı 102 mln. barel təşkil edəcək.

Qeyd olunur ki, Çində tələbin bərpası gözləntiləri üstələməkdə davam edir və mart ayında ölkə tarixi rekorda imza ataraq, gündə 16 mln. barel neft istehlak edib.