Siyasət

15 May

“TotalEnergies” Avropanın ən böyük enerji saxlama sistemini işə salacaq

Fransanın “TotalEnergies” neft-qaz şirkəti Belçikada Avropanın ən böyük enerji saxlama sistemini işə salacaq.

Fins.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

“Total Energies” Antverpendəki (Belçika) neft emalı zavodunda 25 MVt gücü və 75 MVt-saat tutumu olan saxlama üçün akkumulyator stansiyasını işə salacaq ki, bu da demək olar ki, 10 000 ev təsərrüfatının gündəlik istehlakına bərabərdir”, - məlumatda deyilir.

Şirkət qeyd edir ki, 2024-cü ilin sonu uçun istismara veriləcək qurğu Avropanın və xüsusən də Belçikanın yüksək gərginlikli elektrik şəbəkəsinin ehtiyaclarını gecə-gündüz və həftənin yeddi günü ödəməyə kömək edəcək.