Siyasət

15 May

Sənaye zonalarında 66 müəssisə istehsal fəaliyyətinə başlayıb

Sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manatdan çox olan 128 müəssisə qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, mövcud layihələr üzrə 600 milyon manata yaxın investisiya yatırılması, 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.