Siyasət

12 May

SOCAR Türkiyədə külək enerjisi istehsalının gücünü artırmaq niyyətindədir

Hazırda "SOCAR Türkiyə"nin ümumi gücü 51 meqavatt olan 17 külək elektrik enersi turbini mövcuddur.

Fins.az xəbər verir ki, bu barədə "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bu gün keçirilən mətbuat konfransında bildirib.

Gələcəkdə külək enerjisi turbinlərinin sayını və külək enerjisi istehsalının gücünü artırmaq niyyətində olduğunu söyləyən E.İbadov qeyd edib ki,  artıq bununla bağlı müvafiq qurumlara rəsmi olaraq müraciət ediblər.

Şirkət qeyd olunan məsələylə yanaşı günəş enejisinə də diqqət ayırdığını bildirən E.İbadov vurğulayıb ki, artıq "SOCAR Türkiyə"nin köməkçi qurum və müəssisələrində günəş enerjisi panelləri quraşdırılır:

“Bu quraşdırılan günəş enerjisi panelləri müəyyən qədər enerjiyə olan tələbatı ödəyir. Ancaq bu həcmlər hələlik o qədər də böyük deyil”.

Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

Vüqar Bağırov
Fins.az