Siyasət

12 May

Star Neft Emalı Zavodunun (NEZ) istehsal gücü 12 milyon tona çatıdırılacaq

Hazırda STAR (NEZ) zavodunun istehsal gücü 8 milyon tondur. Zavodumuz 8 məhsul üzrə Türkiyənin neft əsaslı tələbin qarşılanma nisbəti 20% təşkil edir.

Fins.az xəbər verir ki, bunu “SOCAR Türkiyənin Emal və Neft-Kimya İş Birliyi”nin rəhbəri – "PETKİM Petro-kimya Holding"in baş direktoru Anar Məmmədov bu gün Petkimdə SOCAR Türkiyə və onun törəmə qurumlarının fəaliyyəti ilə bağlı Azərbaycan mediası üçün təşkil edilən mətbuat konfransında bildirib.

Yaxın gələcəkdə Star Neft Emalı Zavodunun (NEZ) istehsal gücü 12 milyon tona çatıdırılacağını deyən A.Məmmədov bildirib ki, Star Neft Email Zavodu (NEZ) inteqrasiya sinerjisi ilə dəyər yaratmağa və xammal tədarükünü təmin etməyə yönəlmiş strateji investisiyadır:

“Yarandığı gündən etibarən STAR (NEZ) istehsal tutumunu 113% səviyyəsinə yüksəltmişdir. Məhz bunun nəticəsində petkimin xammal davamlılığını təmin edilməsi, yerli yanacaq tələbatını qarşılanması SOCAR-ın Türkiyə və dünya bazarlarında rəqabət gücünün maksimuma çatdırmaq kimi səmərəlilik əldə edilib”.

2023-cü il neft-kimya sahəsi üçün elə də asan il olmayacağını vurğulayan A.Məmmədov onu da qeyd edib ki, müşahidələrinə əsasən sözügedən bazarda müəyyən daralmanın şahidi olurlar:

“Bazarda baş verən proseslər bizim zavodlarda əməliyyat effektivliyini daha da artırmağa vadar edir. 10-15 il sonra Türkiyə və dünya bazarında daha çox hansı məhsullara təlabat olunduğunu dəqiq bilmirik. Amma biz bu prosesi daimi olaraq izləyir, araşdırmalarımızı aparıırıq”.

Vüqar Bağırov
Fins.az