Siyasət

12 May

Azərbaycanda qaz ixracı 10%- dən çox artırıb

Yanvar-aprel aylarında qaz ixracı 10.5% artıb.

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, yanvar-aprel aylarında operativ məlumatlara əsasən Azərbaycanda neft-kondensat hasilatı 10.2 mln. ton, ixracı isə 8.5 mln. ton olub. Bu dövrdə 2.6% artımla hasil edilmiş 16.2 mlrd kubmetr qazın 8.4 mlrd kubmetri ixrac olunub.

"Yanvar-aprel aylarında qaz ixracı 10.5% artıb. Avropaya 3.9 mlrd kubmetr, Türkiyəyə 3.4 mlrd kubmetr, Gürcüstana isə 1.1 mlrd kubmetr qaz ixrac olunub.

Bu dövrdə TANAP Türkiyəni 1.9 mlrd kubmetr qazla təchiz edib", - P.Şahbazov yazıb.