Siyasət

11 May

Azərbaycanda sənaye istehsalı 2.4% azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,3% azalıbş, qeyri neft-qaz sektorunda isə 6,1% artıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8% azalmış, əmtəəlik qaz hasilatı isə 1,9% artıb.