Siyasət

10 May

Avropada qaz cüzi bahalaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dolları səviyyədə qərarlaşıb.

Fins.az xəbər verir ki, 10 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 410 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (407,8 dollar) ilə müqayisədə 0,5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.