Siyasət

08 May

Həştərxan vilayəti ilə Azərbaycan gəmiqayırma sahəsində əməkdaşlığı genişləndirə bilər - Nazir müavini

Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirlib.

Fins.az xəbər verir ki, konfransda çıxış edən Həştərxan vilayətinin sənaye, ticarət və energetika nazirinin müavini Mixail Kabakov deyib ki, Həştərxan vilayəti gəmiqayırma və gəmi təmiri xidmətləri vasitəsilə Azərbaycanla əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirə bilər.

"Həştərxanın sənaye naziri ötən ilin payızında Azərbaycanda səfərdə olub. Bakıda Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi ilə keçirilən görüşdə gəmilərin inşası və bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Daha sonra danışıqlar Həştərxanda davam etdirilib və bu, tərəflərin marağından xəbər verir. Biz əməkdaşlıq üçün imkanlar görürük: Həştərxan gəmiqayırma zavodlarında gəmi gövdələri tikilə bilər, onların tamamlanması isə artıq Azərbaycanın gəmiqayırma müəssisələrində həyata keçirilə bilər”.