Siyasət

08 May

Avropada qazın qiyməti azalıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

Fins.az xəbər verir ki, 8 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 408,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (416 dollar) ilə müqayisədə 1,8% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.