Siyasət

29 Aprel

Bakıda “2-ci İllik SƏTƏM Konfransı”da  sənaye liderləri bir araya toplanıb

Sağlamlıq, təhlükəsizlik və ekoloji risklərin günbəgün aktuallaşdığı bir zamanda beynəlxalq üstün təcrübələrin öyrənilməsi, bu sahədə təşkilatların üzərinə düşən məsuliyyətlərin və digər aktual məsələlərin müzakirə edilməsi məqsədilə RMP (Risk Menecment Peşəkarları İctimai Birliyi) “2-ci İllik SƏTƏM Konfransı”-da Sənaye liderləri və SƏTƏM mütəxəssislərini bir araya toplanıb.

Fins.az xəbər verir ki, hazırda davam edən konfransın proqramı Beynəlxalq təşkilatların, Dövlət Qurumlarının (Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Komissiyası və s. ) nümayəndələri və digər müxtəlif şirkətlərdən gələn mütəxəssislərin (İOSH, BP, AİTT, North West, Socar, BBC və s)  çıxışları, iştirakçıların interaktiv müzakirələri ilə əhatə olunub.

Fuad Mədətov
Fins.az