Siyasət

25 Aprel

BTC vasitəsilə Türkiyə ərazisilə nəql edilən neftin həcmi artıb

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərilə 54 810 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 7,94% çoxdur.

Fins.az Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə ərazisilə 50 778 min barel neft nəql edilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.