Siyasət

25 Aprel

Avropada təbii qazın qiyməti enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 452 ABŞ dollarından aşağı enib.

Fins.az xəbər verir ki, 24 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 451,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (455,8 dollar) ilə müqayisədə 0,9% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.