Siyasət

17 Aprel

Cari ilin qızıl ehtiyatı ötən illə müqayisədə 4,3 dəfə azdır

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb.

Fins.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında 411,9 kq qızıl istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32,3% azalma deməkdir.

Aprelin 1-nə hazır məhsul ehtiyatı 48,8 kq təşkil edir.

Gümüş istehsalına gəlincə, qeyd olunan dövrdə 722,2 kq məhsul istehsal olunub ki, bu da ötən il ilə müqayisədə 45,8% az istehsalat deməkdir.

Aprelin 1-nə hazır məhsul ehtiyatı 32,8 kq təşkil edir.