Siyasət

17 Aprel

Yeddi il üçün 3,6 milyard dollar neft bonusu ödəniləcək

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulub.

Fins.az Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Tədiyyə Balansı hesabatına əsasən xəbər verir ki, bu məbləğin illik ödənişi 450 milyon dollar təşkil edir.

Cari il üzrə nəzərdə tutulan vəsait 2022-ci ilin yanvar ayında Azərbaycan tərəfinə ödənilib.

Fuad Mədətov
Fins.az