Siyasət

07 Aprel

''Şahdəniz'' yatağı üzrə gəlirlər AÇIQLANDI

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ''Şahdəniz'' qaz və kondensat yatağından (qaz və kondensat satışından) əldə etdiyi gəlirlərini açıqlayıb.

ARDNF-dən Fins.Az-a verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən aprelin 1-dək gəlirləri 646,359 mln. ABŞ dolları məbləğində gəlir əldə edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər yanvarın 1-dən aprelin 1-dək  128,166 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən martın 1-dək gəlirləri 534,751 mln. ABŞ dolları təşkil edib. Həmçinin, Şahdəniz yatağı üzrə kondensatın satışından  yanvarın 1-dən martın 1-dək 58,069 mln. ABŞ dolları gəlir əldə olunub.

Zəminə Hüseyn
Fins.az