Siyasət

04 Aprel

Azərbaycanın əmtəə ixracı artıb – CƏDVƏL

2022-ci ilin əmtəə ixracı açıqlanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə əmtəə ixracı 88.4% artaraq 40.9 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ötə ilə nəzərən bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 98.1% artaraq 37.9 milyard dollar olub.

İxrac olunmuş neft-qaz məhsullarının (37.9 milyard dollar) 20.8 milyard dolları xam neftin, 16.4 milyard dolları təbii qazın, 0.7 milyard dolları isə neft emalı məhsullarının payına düşür.

2022-ci il üzrə qeyri-neft-qaz ixracı 15.4% artaraq 2.9 milyard dollar olub.

Fuad Mədətov
Fins.az