Siyasət

03 Mart

Magistral neft kəmərləri ilə nə qədər neft nəql edilib?

Azərbaycanda ötən ay magistral neft kəmərləri ilə 3255,1 min ton neft nəql edilib.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 77,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2533,5 min ton neft ötürülübdür.

Dövr ərzində BTC kəməri ilə 370,6 min ton tranzit nefti də nəql edilibdir.