Siyasət

24 Fevral

Azərbaycanda əmtəəlik neft hasilatı 7% azalıb

Azərbaycanda ötən ay mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 4,8 milyard manat olub. Bu, əvvəlki ilin müvafiq ayına nisbətən 4,6% azalıbdır. 

Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan Statistika Komitəsinin hesabatında deyilir.

Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edibdir. Əmtəəlik neft hasilatı ötən ilin müvafiq ayı ilə müqayisədə 6,9%, əmtəəlik qaz hasilatı isə 1,3% azalıbdır.