Siyasət

24 Fevral

İtaliyanın qaz ehtiyatları 2 dəfə artacaq

İtaliyanın anbarlarındakı qaz ehtiyatları bu ilin qış aylarının sonuna qədər 2022-ci ilə nisbətən 2 dəfə çox olacaq.

Fins.Az xəbər verir ki, bu barədə ölkənin enerji şirkəti "Eni"nin baş direktoru Klaudio Deskalzi bildirib.

Onun sözlərinə görə, "Eni" 2023-2024-cü ilin qışına qədər Rusiyadan qaz tədarükünün 80%-ni, 2025-ci ilə qədər isə 100%-ni başqa mənbələrdən əvəz etməyi planlaşdırır. Məlumata görə, daha əvvəl "Eni" Rusiyadan təxminən 20 milyard kubmetr qaz alıb.