Siyasət

24 Fevral

ABŞ-ın kommersiya neft ehtiyatları 479 mln. barelə çatıb

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 7,6 milyon barel artaraq 479 milyon barelə çatıb.

Fins.Az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb.

Məlumata görə, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 371,6 milyon barel səviyyəsində qalıb. 

Əlavə edək ki, eyni dövrdə ABŞ-ın benzin ehtiyatları 1,9 milyon barel azalaraq 240,1 milyon barel olub.