Siyasət

23 Fevral

Mədət Quliyev “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində Mohammed Ahmed Al Bovardi ilə görüşüb

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir.

Sərgi çərçivəsində fevralın 23-ü müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə naziri Mohammed Ahmed Al Bovardi ilə görüşü baş tutub.

MSN-dən Fins.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.