Siyasət

23 Fevral

Enerji keçidinə investisiyalar rekord səviyyəyə çatdı

Dünyada ötən il enerji keçidinə investisiyalar rekord həddə - 1,3 trilyon dollara çatıb.

Fins.Az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatında deyilir.

Enerji səmərəliliyinə ötən il qlobal investisiyalar 2021-ci illə müqayisədə 19% və 2019-cu illə müqayisədə isə 50% artıb.

Məlumata görə, enerji keçidi üçün zəruri olan texnologiyalara investisiyalar artıb. Buna baxmayaraq, bərpa olunan enerji mənbələrinə sərmayələr 2021-2030-cu illər arasında tələb olunan vəsaitdən 40% azdır. Hesabata əsasən, ötən il bərpa olunan enerjiyə investisiyalar rekord həddə - 500 milyard dollara çatıb.

Bildirilib ki, illik investisiyalar 2021-2030-cu illər arasında orta hesabla ən azı 4 dəfə artaraq 5,7 trilyon dollara, 2031-2050-ci illər arasında isə 3,7 trilyon dollara çatmalıdır.