Siyasət

23 Fevral

Dünyada ən çox neft hasil edən ölkələr – SİYAHI

Dünyada ötən ilin dekabr ayında ən çox neft hasil edən ölkə gündəlik 12,087 milyon barellə ABŞ olub.

Fins.Az "TASS"a istinadən xəbər verir ki, Rusiya neft hasilatına görə dünyada ikinci ölkə olub. Belə ki, ölkə ötən ilin dekabr ayında gündəlik 10,873 milyon barel neft hasil edib.

Hesabat dövründə gündəlik 10,435 milyon barel neft hasilatı ilə Səudiyyə Ərəbistanı üçüncü yerdə qərarlaşıb.