Siyasət

23 Fevral

Rusiya neft hasilatını azaldır

2023-cü ilin yanvarında Rusiyada kondensat da daxil olmaqla neft hasilatı dekabr ayı ilə müqayisədə 0,4% azalaraq 46 mln. tona enib.

Fins.Az-ın məlumatına görə, bu barədə APA Rusiyanın statistika idarəsinə (Rosstat) istinadən xəbər verir.

“2023-cü ilin yanvar ayında qaz kondensatı nəzərə alınmaqla neft hasilatı 2022-ci ilin yanvarı və 2022-ci ilin dekabr ayları ilə müqayisədə müvafiq olaraq 1% və 0,4% azalaraq 46 mln. ton təşkil edib”, - məlumatda bildirilir.