Siyasət

22 Fevral

“Bakı” Elektrik Stansiyasında indiyədək 8,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub

“Bakı” Elektrik Stansiyasında istismara verildiyi tarixdən - 2007-ci il fevralın 22-dən cari il fevralın 1-dək 8,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən Fins.Az-a bildirilib ki, hər birinin gücü 8,7 meqavat olan 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 104,4 meqavat təşkil edir.

Stansiyada elektrik enerjisi istehsalı 2021-ci ildə 0,58 milyard kilovat-saat, 2022-ci ildə isə 0,52 milyard kilovat-saat olub.