Siyasət

21 Fevral

Azərbaycanda duru yağların istehsalı 46%-dən çox azaldı

Emal sənayesində ötən ay 1328,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilibdir.  

Bu barədə Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə içki istehsalında 24,1% artım, qida məhsullarının istehsalında 0,1%, tütün məmulatlarının istehsalında isə 4,2% azalma müşahidə olunubdur.

Bu sahələrin əsas məhsullarından duz istehsalı 54,8%, meyvə-tərəvəz konservlərinin istehsalı 8,6% artıb, duru bitki yağlarının istehsalı isə 46,3%, şəkərin istehsalı 65,7% azalıbdır.