Siyasət

21 Fevral

Azərbaycanda benzin istehsalı 4%-dən çox azaldı

Azərbaycanda ötən ay neft məhsullarının istehsalının dəyəri 307,5 milyon manat təşkil edib. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 9% azdır.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 62,9%, neft koksunun istehsalı 32,4%, qazoylların (dizel yanacağının) istehsalı 3% artıb, avtomobil benzininin istehsalı 4,5%, ağ neft istehsalı 16,8%, neft bitumu istehsalı 36,5%, mazut istehsalı isə 93% azalıbdır.