Siyasət

20 Fevral

Azərbaycan 5 ölkəyə 1 milyard dollarlıq neft satıb

Azərbaycan ötən ay 5 ölkəyə - İtaliya (538,3 milyon dollar), İsrail (237 milyon dollar), Almaniya (91,7 milyon dollar), Hindistana (85,8 milyon dollar) və Vyetnama (81,1 milyon dollar) ümumilikdə 1 milyard dollarlıq neft satıb.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkənin neft ixracından ümumi qazancı isə 1,3 milyard dollar dəyərində olub.

Əlavə edək ki, hazırda iki ölkə - İtaliya və İsrail Azərbaycanın əsas neft idxalçılarıdır.