Siyasət

20 Fevral

Azərbaycan bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı planlaşdırır

Azərbaycan hökuməti 2030-cu ilə qədər ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı hədəfləyir.

Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O vurğulayıb ki, bu sahədə görülən işlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" və Səudiyyə Ərəbistanının "AcwaPower" şirkətləri ilə layihələr artıq həyata keçirilir.