Siyasət

17 Fevral

Avropada qazın qiyməti son 18 ayın minimumuna enib

Avropada qazın 1 000 kubmetrinin qiyməti 550 dollardan aşağı enib. 

"Fins.az" xəbər verir ki, bu barədə London Fond Birjasının məlumatında qeyd edilib.

Məlumata görə, bu, 2021-ci ilin avqust ayının sonundan bəri bir ilkdir. 

Əlavə edək ki, Niderlandın TTF mərkəzində qazın mart müqaviləsində 1 000 kubmetrinin qiyməti 4% ucuzlaşıb.