Siyasət

17 Fevral

ACE platformasının üst modulları bu ilin ikinci rübündə dənizə yola salınacaq

“Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulları bu ilin ikinci rübündə dənizə yola salınacaq.

Fins.Az-ın verdiyi xəbərə görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz 2022-ci ilin nəticələrinə həsr olunmuş tədbirdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, platformadan ilkin neftin hasil olunması gələn ilin birinci rübünə planlaşdırılıb.

Qəri Counz onu da əlavə edib ki, hazırda "Azəri-Çıraq-Günəşli" yataqlarında hazırda hasilatın təbii azalması gedir və bu prosesin sürətinin azaldılması investisiyalar, yeni quyuların qazılmasını tələb edir. Yeni platformanın tikintisi də bu işlərin bir hissəsidir.

©apa