Siyasət

16 Fevral

Azərbaycanın alüminium ixracından gəlirləri kəskin azalıb

Bu ilin yanvar ayında Azərbaycan 13 079,77 min ABŞ dolları dəyərində 5 117,89 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Fins.Az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,5 %, həcmi isə 22,6% azalıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,2% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 217 560,83 min ABŞ dolları dəyərində 68 263,58 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,4%, həcmi isə 1,35% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,14% təşkil edib. ©apa